www.tabrizinfo.com
Jan Yunir
Nə üçün Avropalılar Təbrizi
özlərinə yaşayış yeri seçmişlər
Hələ Abbas Mirzə Təbrizdən
hökmranlıq etdiyi zamanlarda ,əhalinin sıxlığına və ərazisinin böyüklüyünə görə
İranın birinci şəhəri hesab olunduğu üçün bütün Avropa səfirlikləri İranın rəsmi
paytaxtı olan Tehran şəhərində deyil, Təbrizdə yerləşirdi.Aşağıdakı verilən səbəblərə
görə səfirliklər Tehranı deyil, Təbrizi özlərinə oturum yeri seçmişlər:
Birincisi o zamanlar Təbriz
Tehrandan qabaqcıl şəhər hesab olunurdu, çünki Təbrizin əhalisi hələ qədim
zamanlardan Avropalılarla ticarət və gediş-gəliş edirdilər.Ona görədə Təbrizdə
bir Avropalını küçədə görəndə nə heyrətlənərdilər, nə də üz çevirərdilər, alver
zamanı onları normal bir müştəri kimi qəbul edib alış-veriş edərdilər. Lakin
Tehranda onlara şübhə ilə baxılardı, bəzi zamanlarda öz qonşuları yanında
nüfuzlarının aşağı düşməməsi üçün onlara bir şey satmazdılar. Hətta Səfəvilər
dövründən bir az qabaq İtaliyan dukası, Fransız livri və Rusiya rublu Təbriz bazarında İran pulu kimi dövriyyədə
idi. Onda Tehran Rey şəhəri yanında kiçik bir qəsəbə hesab olunurdu və islam
tarixçiləri onun adını yalnız coğrafi baxımdan cəkmişlər.Fətəli şah dövründə
Tehran Kərim-xani Zəndin tikdirdiyi binalara baxmayaraq kiçik bir qəsəbə
idi.İngilis Dr.Barnez 5 il Türkmənçay müqaviləsindən sonra 1833-cü ildə İranda
səyahəti zamanı yazmışdır ki, Tehranın əhalisi 25000 , Təbrizin isə 400000 nəfər əhalisi var idi, Avropalılarda Təbrizi
bir Avropa şəhəri kimi qəbul edib oranı yaşayış yeri seçmişlər.
3-cüsü Avropalılar Təbriz şəhərindən
həm də coğrafi mövqeyinə görə başqa şəhərlərlə əlaqə saxlayırdılar, onlar öz
çaparlarını Təbrizdən Trabzona göndərərdilər, oradan da Avropaya.Tehrandan
Trabzona çapar göndərmək çox çətin idi, çünki o yol daha uzaq idi , nəqliyyat
vasitəsinin imkanlarına uyğun gəlmirdi və bununlada Təbrizdəki səfirliklər daha
çox vaxt qazanırdılar.
4-cüsü Təbrizin havası Avropanın
havasına uyğun gəlirdi, yəni rütubətli deyildi. Dr. Barnez yazmışdır ki, Təbrizin
havası o qədər təmizdir ki, orada heç bir Avropalı xəstələnmir. Amma Tehranın
yay havası onlara düşmürdü, onları xəstələndirirdi.Ümumiyyətlə İrana gələn
turistlər Tehranın yay havasına dözməzdilər və yaylağa gedərdilər.
5-ci səbəb Təbriz ticarət mərkəzi
hesab olunurdu.Təbrizin ticarət mərkəzi olmasının uzun bir tarixi var,tarixə əsasən
Təbriz miladın birinci əsrindən başlayaraq ticərət mərkəzinə çevrilmişdi və
bura Tovruz adı verilmişdi.Tacirlər bu şəhəri import-eksport üçün Tehrandan
üstün bilirdilər, çünki onların imkanları Tehrandan cox idi.Təbrizdə böyük
ticarət mərkəzləri ilə yanaşı həm də pul alver mərkəzləri mövcud idi ki, onlar
bu günkü bankların gördüyü işləri yerinə yetirirdilər.Əgər tacirlərin pula
ehtiyacları olsa idi həmin pul alver mərkəzlərindən kredit ala bilirdilər, amma
bu imkanlar Tehranda yox idi.Yalnız Avropalılar ticarət baximdan Təbrizə
üstünlük vermirdilər, hətta daxildə yaşayan tacirlər də oranın ticarət
imkanları yüksək olduğu üçün Təbrizə üstünlük verirdilər.
Sonuncu səbəb budur ki, Avropalı
səfir və tacirlər öz ölkələrində istifadə etdikləri bütün yemək məmulatlarını Təbrizdə
tapa bilirdilər, yalnız balıq və bəzi quş növlərindən başqa.Avropalılar 19-cu əsrdə
Tehranda bazarlıq edərkən alver məmulatlarının
burada daha bahalı olduğunu və Təbrizdə onların daha ucuz və keyfiyyətli
olduğunu qeyd etmişlər.
Bu izahatlardan sonra daha təəcüblü
deyil ki, rus generalı Paskeviç nə üçün Təbrizi işğal etmək planını
tökmüşdür.Əgər o zaman Paskeviç Təbrizi işğal etsə idi Fətəli şaha böyük zərbə
vura bilərdı.Hətta İsxovun Araz çayını keçməsinə baxmayaraq, İran əhalisi çarın
qoşunlarının Təbrizi işğal etməsini ağıllarına gətirə bilmirdilər və deyirdilər
ki, çarın qoşunları Arazı keçsə böyük təhlükə ilə qarşılaşacaqlar və Ayərbaycanlılarla
müharibəyə səbəb olacaq.O zaman Fətəli şah tərəfindən ruslara qarçı vuruşmaq
istəyən, yalnız soyuq silahla təchiz olunmuş könüllü 2 grup Ayərbaycana tərəf
yola düşür,amma Fətəli şah onların rusların isti silahları qarşısında nə edəcəklərini
təcrübə edə bilmirdi.Hələ Aristovun qoşunlarında olan çıçək xəstəliyı keçdikdən
sonra Paskeviç əvvəlcə Təbrizi, sonra Azərbaycanı və bütün şimal vilayətlərini
işğal etmək planını həyata keçirmək üçün Aristovu oraya təyin etdi.Paskeviç
Aristovu başa saldı ki, o bu müharibədə Ayərbaycanda olan elatlarla üzbəüz gəlməməyə
çalışsın.O elatların Ayərbaycanın qərb hissəsində yaşadığını və əgər onlar bu
müharibəyə qoşulsalar o şəhərlərin işğalindan vaz keçməsini anlatdı.Azərbaycanın
bütöv işğalı elə olmalı idi ki,mərkəzi vilayətlərdən onun əlaqəsi kəsilsin,
Aristov o zonanı əlinə elə alsın ki, o biri vilayətlərdən qoşunlar yardıma gələ
bilməsinlər.O qeyd etdmişdir ki, Təbrizin işğalında cox ehtiyatla
davranmalidır, camaatın canına, malına xəsarət dəyməsin.Aristov nəzərə almalıydı
ki,namus məsələsində ayərbaycanlılar cox təəsübludürlər, onların
heysiyyatlarına toxunmasınlar və o şəhərlər stratejik baximdan əhəmiyyəti
yoxdursa onlara vaxt sərf etməsinlər.O vaxt Fətəli şahla ruslar vuruşanda Təbrizin
ətrafında hasar və qalalar yox idi.Müharibə başlayanda Təbrizlilər Abbas Mirzə
xana təklif edirlər ki, Təbrizin ətrafına hasar çəkilsin və Abbas Mirzə xan bu
təklifi qəbul edir.1819-cu ildə Təbrizin ətrafında hasar tikilir və xəndəklər
qazılır.Lakin imkan olmadığından bu xəndəklər yaxşı qazılmadı və 1825-də sona
çatdı.Artıq Paskeviç Aristovun vasitəsilə Təbrizi işğal etmək istəyəndə
hasarlarda, xəndəklərdə hazır idi.O zaman Təbrizin hakimi Allahyar xan Qacar Dəvəlli
(ləqəbi Asəf-id Dölə) idi, amma Abbas Mirzə onun hakimliyinə etiraz etməsinə
baxmayaraq Fətəli şah onun hakim olması əmrini verdi.Həmin hakimin ləyaqətsizliyi
və bəzi təbrizlilərin xəyanəti Aristovun oranı işğal etməsinə səbəb
oldu.Paskeviç , Abbas Mirzə və Mirzə Əbülhəsən xan Şirazi (xarici işlər naziri
idi) 1827-ci ildə Türkmənçay müqaviləsini imzalayırlar və bununlada Naxçıvan və
İrəvan vilayətləri İrandan alınıb Rusıyaya verildi.
İranın adsız iyidləri
Rus tezarı
savaşında
Yazıçı: Jan Yunir(fəransəli)
Zabiullah – mənsouri
8. çap – 1997
Jan Yunir sayfə 681- 687
Azərbazcancaya köçürən: Mansour
Mergati